111
13:25
20 İyun 2019

Avtomobil hissələrini oğurlayan saxlanıldı

Binəqədi rayonunda avtomobilin ehtiyat hissələrini oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 15-də rayon ərazisindəki mağazaların birindən avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Hüseynov və əvvəllər məhkum olunmuş F.Allahverdiyev saxlanılıb.

Araşdırma aparılır.