211
10:06
18 İyun 2019

Azərbaycanda restoranın həyətində 19 yaşlı oğlanın qanı töküldü

Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.
APA -nın məlumatına görə, hadisə rayonun Yenikənd kəndinin çıxışında yerləşən “Nicat” restoranının həyətində baş verib.
Kənd sakini, 1994-cü il təvəllüdlü Samir Nəsirov münaqişə zəminində rayonun Dəyirmanlı kənd sakini 2000-ci il təvəllüdlü Saməddin Mehdiyevi üzərində gəzdirdiyi bıçaqla zərbələr vurub.
Yaralı dərhal xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.
Faktla bağlı rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.