227
09:07
18 İyun 2019

Çempion Amerika kubokuna darmadağınla başlayıb

Braziliyada təşkil olunan Amerika kubokunda qrup mərhələsinin ilk turuna yekun vurulub.

APA -nın məlumatına görə, C qrupunda Çili Yaponiyanı qəbul edib.

Son iki turnirin qalibi olan cənubi amerikalılar Asiya təmsilçisini darmadağın edib – 4:0. Çili futbolçuları bu qollardan birini fasiləyədək, üçünü ikinci yarıda vurublar.

Qeyd edək ki, qrup mərhələsinin ikinci turuna bu gecə start veriləcək.

Amerika kuboku
I tur
C qrupu
17 iyun
Yaponiya – Çili – 0:4

Pulqar, 41, Varqas, 54, 83, Sançes, 82