295
02:45
18 İyun 2019

Azərbaycan idmançıları 2-ci Avropa Oyununda iştirak etmək üçün Belarusa yola düşüb - FOTO - VİDEO

Azərbaycanın boks, cüdo və güləş üzrə kişi və qadınlardan ibarət yığma komandaları 2-ci Avropa Oyunlarında iştirak etmək üçün Belarusun paytaxtı Minskə yollanır.

APA xəbər verir ki, idmançılarımız bu dəqiqələrdə Heydər Əliyev adına Hava limanına gəlib.

Qeyd edək ki, 2-ci Avropa Oyunları 21-30 iyun tarixlərində keçiriləcək və Azərbaycan da bu mötəbər yarışda iştirak edəcək.