325
19:10
17 İyun 2019

"Heç kim Neymarı PSJ-yə gəlməyə məcbur etməyib" - Prezident

PSJ prezidenti Nasser Əl-Xəlafi komandanın futbolçuları Neymar və Killian Mbappe haqda danışıb.
Lent.az qol.az-a istinadla xəbər verir ki, o, braziliyalı hücumçu barədə bunları deyib: "Oyunçularımızın əvvəlkindən daha çox məsuliyyət hiss etməlidir. Bu formanı geyinməkdən qürur duymaqlarını istəyirəm. Burada oynamaq istəməyənə qapı açıqdır. Heç kim Neymarı PSJ-yə gəlməyə məcbur etməyib. 2022-ci ilə qədər müqaviləsi var. Müqaviləsinə hörmət etməlidir. O, öz istəyi ilə müqavilə imzalayıb".
Qətərli rəhbər Mbappenin isə Paris təmsilçisində qalacağını söyləyib: "Bu çılğın oyunçunun klubdan getməyinə icazə verməyəcəm. Mbappe də burada qalmaq istəyir".
Qeyd edək ki, PSJ-nin Neymarı satmağa hazır olduğu iddia olunur.