271
10:44
15 İyun 2019

Braziliya Amerika kubokuna qələbə ilə başlayıb

Braziliyada keçirilən futbol üzrə Amerika kubokuna start verilib.
APA -nın məlumatına görə, turnirin ilk günündə bir qarşılaşma keçirilib.
Açılış oyununda meydan sahibləri Boliviya ilə üz-üzə gəlib. Braziliya yığması rəqibin müqavimətini ikinci hissədə qıra bilib. Fasilədən sonra üç cavabsız qol vuran “sambaçılar” Amerika kubokuna qələbə ilə başlayıb.
Qeyd edək ki, A qrupunda Braziliya və Boliviya ilə yanaşı, Venesuela ilə Peru yığmaları mübarizə aparır.
Amerika kuboku
A qrupu
I tur
Braziliya – Boliviya – 3:0
Koutinyo, 50 (pen.), 53, Everton, 85