488
14:25
14 İyun 2019

Ağdamda Sosialist Əməyi Qəhrəmanı vəfat etdi

Ağdam rayon Ağsaqqallar Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Sədrəddin Fərrux oğlu Ələsgərov 90 yaşında vəfat edib.
APA -nın yerli bürosunun xəbərinə görə, Ağdamın Quzanlı kəndində anadan olan S.Ələsgərov heyvandarlıqda əldə etdiyi yüksək nailiyyətlərə görə 1958-ci ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adı, daha sonra "Lenin" ordeni ilə təltif olunub.
S.Ələsgərov 1958-1975-ci illərdə kolxozda baş çoban, sahə zootexniki, ferma müdiri işləyib. 1981-ci ildən kolxozda sədr müavini vəzifəsində çalışıb.
Əmək qəhrəmanı S.Ələsgərov Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.
Mərhum Quzanlı kənd məzarlığında dəfn olunub.