1125
13:50
14 İyun 2019

Elçibəyin həyat yoldaşı vəfat etdi - YENİLƏNİB

Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin bu gün Türkiyədə vəfat edən həyat yoldaşı Həlimə Əliyeva xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Bu barədə APA -ya Həlimə Əliyevanın qardaşı Mirmöhsün Mahmudov məlumat verib.
Onun sözlərinə görə, 67 yaşlı bacısı Türkiyəyə əməliyyat və müalicə olunmaq üçün gedibmiş: "Hazırda cənazənin Azərbaycana gətirilməsi üçün hazırlıqlara başlamışıq".
13:35
Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanım dünyasını dəyişib.
Lent.az -ın məlumatına görə bu gün Həlimə xanım Türkiyədə vəfat edib.
Allah rəhmət etsin!