257
12:30
14 İyun 2019

2018-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi ikinci oxunuşda qəbul edildi

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
APA -nın məlumatına görə, qanun layihəsi barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
Vergilər naziri Mikayıl Cabbarov ticarət mərkəzlərində POS-terminalların işləməməsi barədə iradlara münasibət bildirib.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılıb və qəbul edilib.