412
17:45
13 İyun 2019

Bakıda dağlıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakıda dağlıq ərazidə baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən APA -ya verilən məlumata görə, Bakı şəhərinin Qaradağ rayonu, Qobustan qəsəbəsi yaxınlığında baş vermiş yanğın FHN-in Aviasiya dəstəsinin 1 helikopteri cəlb edilməklə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən saat 15:00-da söndürülüb.
Yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb.
Yanğın nəticəsində boş dağlıq ərazidə 25 ha sahədə quru ot və kol-kos yanıb.
***
Saat 14:03
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Qobustan qəsəbəsi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
APA -nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin 1 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata görə, dağlıq ərazidə 2 ha sahədə quru ot və kol-kos yanır.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.