349
13:49
13 İyun 2019

Əcnəbilər üçün dünyanın ən bahalı şəhərlərinin reytinqi açıqlandı - TOP-10

“ECA International” konsaltinq agentliyi daşınmaz əmlakın dəyəri üzrə apardığı qlobal tədqiqatın (“Cost of Living Index”) nəticələrini açıqlayıb. Tədqiqat çərçivəsində əcnəbilərin yaşaması üçün ən bahalı və ən ucuzlu şəhərlər qeyd olunub.
“APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, reytinq hazırlanarkən sıravi əcnəbiyə əlçatan olan əmtəə və xidmətlər üzrə istehlak səbəti qiymətləndirilib. Ekspertlər ət, balıq, baqqal malları, meyvə və tərəvəz kimi ərzaq məhsullarının qiymətlərini müqayisə ediblər. Eyni zamanda istirahət, gündəlik xidmət, geyim, ev əşyaları, alkoqol və tütün məmulatlarına olan maliyyə əlçatanlığı da nəzərə alınıb.
Buna baxmayaraq, təhlil zamanı evin kirayəsi, kommunal xidmətlər (elektrik enerjisi, qaz və su), avtomobil alışı və məktəb haqları kimi parametrlər istisna edilib.
Ümumilikdə, tədqiqat zamanı dünyanın 482 şəhərinin istehlak səbətləri müqayisə olunub.
Əcnəbilərin yaşaması üçün dünyanın ən bahalı şəhərləri: