183
11:27
13 İyun 2019

Bakıda 56 yaşlı kişi küçədə öldü

Bakının Qaradağ rayonunda ölüm hadisəsi baş verib.
APA -nın məlumatına görə, hadisə Lökbatan dairəsi, “Cənub Avtovağzalı” adlanan yerdə qeydə alınıb. Həmin ünvanda naməlum kişi qəfildən ölüb. Araşdırmalar zamanı ölən şəxsin 1963-cü il təvəllüdlü Raqib Mürşüdov olması müəyyən edilib. Onun ürək çatışmazlığından öldüyü ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.