104
10:56
13 İyun 2019

Zlatan İbrahimoviç MLS-in ən ödənişli futbolçusu oldu

İsveç millisinin sabiq futbolçusu Zlatan İbrahimoviç MLS-in ən yüksək ödənişli oyunçusu olub.
APA -nın məlumatlına görə, ABŞ-ın “Los Anceles Qalaksi” klubunda çıxış edən 37 yaşlı hücumçu 2019-cu ildə 7,2 milyon dollar qazanacaq.
Z.İbrahimoviç Kanadanın “Toronto” klubunda çıxış edən italiyalı Sebastyan Covinkonu arxada qoyub. Apenninli hücumçu klubundan ildə 7,1 milyon dollar alır.
Qeyd edək ki, isveçli futbolçu cari mövsümün 12 oyununda 11 qol vurub.