213
10:41
13 İyun 2019

Ötən günün "yol terroru": 3 qəza, 3 ölü

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 24 cinayətin üstü “isti izlər”lə açılıb.
Bu barədə Lent.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 5 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.