141
08:46
13 İyun 2019

Şəkidə bir gündə üç qadın gilas ağacından yıxılıb

İyunun 12-si axşam saatlarında Şəki rayonunun Kiş kənd sakini, 1955-ci il təvəllüdlü Gülcahan Nağıalı qızı Ağaməmmədova, Fazıl kənd sakini, 1969-cu il təvəllüdlü İlhamə Rəcəbəli qızı Məmmədova və Şəki şəhər sakini, 1974-cü il təvəllüdlü Nəzakət Müseyf qızı Həziyeva gilas ağacından yıxılıblar.
APA -nın şimal-qərb bürosunun məlumatına görə, eyni gündə, müxtəlif saatlarda ağacdan yıxılan sakinlər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki rayon Mərkəzi Xəstəxansına daxil olublar.
Tibb müəssəsindən bildirilib ki, müayinə zamanı hər üç qadının yaşadıqları ünvanda gilas yığıan zaman ağacdan yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması məlum olub. Yaralılardan G.Ağaməmmədovanın və N.Həziyevanın müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır. İ.Məmmədovanın xəsarətləri yüngül olduğundan ona lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Hər üç faktla bağlı araşdırma aparılır.