104
08:33
13 İyun 2019

Ağcabədi rayon sakini Qaxda kombayının üstündən yıxılaraq ağır xəsarət alıb

Ağcabədidən Qaxa taxıl biçməyə gedən kombayınçı bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə iyunun 12-si axşam saatlarında Qax rayonu Ağyezli kəndi ərazisində baş verib. Ağcabədi rayonundan Qaxın Ağyezli ərazisində taxıl biçmək üçün iritonnajlı yük maşını ilə gətirilən kombayını maşının qoşqusundan düşürən zaman sürücü Ağcabədi rayon sakini 1965-ci il təvəllüdlü Murad Şirin oğlu Əhmədov kombayının üstündən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. M.Əhmədov Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.