309
07:20
13 İyun 2019

Tramp F-35 döyüş təyyarələrini Polşaya satmağa hazır olduqlarını bəyan edib

ABŞ Polşaya çox sayda F-35 döyüş təyyarəsi satacaq.
APA Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti açıqlamasında qeyd edib.
Bununla bağlı Trampın Polşaya səfər edəcəyi bildirilir. Lakin səfərin tarixi hələlik açıqlanmayıb.
Tramp eyni zamanda Polşaya əlavə ABŞ qoşunlarının göndəriləcəyi barədə qərar vermədiyini də vurğulayıb.
Xatırladaq ki, iyunun əvvəlində Polşa dövləti ABŞ-ın sözügedən qırıcıları Türkiyəyə tədarük etmədiyi təqdirdə ən qısa müddətdə F-35 təyyarələrini almaq istədiklərini bildirmişdi.