502
22:34
12 İyun 2019

İranın Azad İslam Universiteti Azərbaycanda filialını açacaq

İranın Azad İslam Universiteti Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdə filialını açacaq.
APA -nın Tehran bürosunun məlumatına görə, bunu İranın Ali lideri Ayətullah Xameninin müşaviri və Azad İslam Universitetinin rektoru Əli Əkbər Vilayəti deyib.
Ə.Vilayəti əlavə edib ki, hazırda universitetin Əfqanıatan, BƏƏ və Livanda filialları fəaliyyət göstərir: "Universitetin proqramında nəzərdə tutulub ki, yeni filiallarımızı Suriya, İraq, Azərbaycan və bölgənin digər ölkələrində də açaq".