208
17:25
12 İyun 2019

Elmi addan məhrumetmə ilə bağlı qərarlara baxılma qaydası müəyyənləşib

Prezident yanında Ali Attestasiya Komissiyasının elmi addan məhrumetmə ilə bağlı qərarlara baxılma qaydası müəyyənləşib.
APA-nın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”-də bildirilib.
Sənəddə qeyd edilib ki, Komissiya aşağıdakı hallarda elmi addan məhrumetmə ilə bağlı qərar verir:
1. Şəxs elmi dərəcədən məhrum edildikdə;
2. Elmi ad verilməsi proseduru pozulduqda;
3. Elmi plagiat aşkar edildikdə;
4. Elmi etika pozulduqda.