105
14:53
12 İyun 2019

Nardaran hadisələri ilə bağlı həbs edilən iki nəfərin kassasiya şikayəti təmin olunmadı

Nardaran hadisələrinə görə həbs edilən Elxan İsgəndərov və Əbülfəz Bünyatovun kasssasiya şikayətlərinə baxılıb.
APA-nın məlumatına görə, Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Hakimlər kollegiyasının qərarına əsasən, E. İsgəndərov və Ə. Bünyatovun kassasiya şikayəti təmin edilməyib.
Onlar Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə ittiham elan edilir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Bünyadov 15 il , E.İsgəndərov isə 14 il azadlıqdan məhrum edilib.
Ə. Bünyatov barəsində polisin nəzarəti qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalında həbs olunub.