161
11:54
12 İyun 2019

Bu yollar rənglənir

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bugün axşam saatlarınadək Zabrat avtomobil yolundaüfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Bu barədə Lent.az -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Anoloji işlər axşam saat 22:00-dan səhər saatlarınadək Azadlıq prospektində də aparılacaq .

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.