313
11:23
12 İyun 2019

Qazaxıstan prezidenti vəzifəsinin icrasına başladı

Qazaxıstanda prezident seçkilərində qələbə qazanmış Kasım-Comart Tokayevin andiçmə mərasimi keçirilib.
APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bununla o, vəzifəsinin icrasına başlayıb. O bildirib ki, vətəndaşların rifahı prezident kimi onun əsas məqsədi olacaq.
Qeyd edək ki, iyunun 9-da Qazaxıstanda prezident seçkiləri keçirilib. K.C.Tokayev seçkilərdə 70,96 faiz səslə qələbə qazanıb.