153
10:07
12 İyun 2019

Avtomobil reklam lövhəsinə çırpıldı: sürücü öldü

Gecə saatlarında Bakının Səbail rayonu ərazisində ağır yol qəzası baş verib.
APA xəbər verir ki, Bibiheybət yolunda yüksək sürətlə hərəkət edən avtomobil iri reklam lövhəsinə çırpılıb. Bundan sonra minik avtomobili alışaraq yanıb.
Nəticədə avtomobildə olan sərnişin 28 yaşlı Kamran İsgəndərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, yaralının vəziyyəti ağır kimi qiymətləndirilir.
Fövqəladə Hallar Nazirliyi Bakının mərkəzində baş vermiş qəza ilə bağlı məlumat yayıb.
Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda “BMW” markalı minik avtomobili yol kənarındakı dirəyə çırpılıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1989-cu il təvəllüdlü Rəcəbov Əsədağa Nadir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Gecə saatlarında Bakının Səbail rayonu ərazisində ağır yol qəzası baş verib.
APA xəbər verir ki, Bibiheybət yolunda yüksək sürətlə hərəkət edən avtomobil iri reklam lövhəsinə çırpılıb. Bundan sonra minik avtomobili alışaraq yanıb.
Nəticədə avtomobildə olan sərnişin 28 yaşlı Kamran İsgəndərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, yaralının vəziyyəti ağır kimi qiymətləndirilir.
Qeyd edə ki, sükan arxasında olan şəxsin öldüyü bildirilir. Hazırda hüquq-mühafizə orqanları qəzanın baş verməsi səbəblərinin araşdırılması ilə məşğuldur.