281
06:02
12 İyun 2019

Britaniya sakini lotereyada 156 mln. dollar udub

Böyük Britaniya sakini lotereya oyununda 156 mln. dollar (123 mln. funt-sterlinq) udub.

APA xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, həmin şəxs Britaniya tarixində üçüncü ən böyük uduşun qalibi olub. Qalibin adı hələlik açıqlanmır.

Qeyd olunur ki, Britaniyada indiyədək ən böyük uduşu Şotlandiyadan olan cütlük əldə edib. Həmin vaxt uduşun məbləği 223 mln. dollar təşkil etmişdi.