501
16:54
11 İyun 2019

Yusif Mustafayev Nazənini ağlatdı - VİDEO

Lider TV”-nin “Dostlar” verilişinin növbəti buraxılışı yayımlanıb.

Lent.az -ın məlumatına görə, tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin bu həftəki qonaqları əməkdar artistlər Baloğlan Əşrəfov, Yusif Mustafayev, müğənnilər Elşad Əzizi, Şahin Ağayev, jurnalist Ülviyyə Alovlu olub. Veriliş zamanı qonaqlar etiraflar ediblər. Y.Mustafayev proqramın gedişatında “Qardaş” adlı mahnını ifa edib. Bu zaman isə verilişin aparıcısı Nazənin göz yaşlarına hakim ola bilməyib.

Xatırladaq ki, müğənni Nazəninin qardaşı ötən ilin aprel ayında dünyasını dəyişmişdi. O, həmin vaxt sosial şəbəkədə qardaşı ilə bağlı təəssüratlarını bölüşən zaman bu sözləri yazmışdı: “Heyf sənə qardaşım, çox heyf... Yerin cənnət olsun. Sən haqq dünyasındasan. İndi anam və atam səninlədir. Bəlkə də o dünyada çox xoşbəxtsən. Amma biz yanırıq, mən yanıram. İki gül balan, qardaşların, ailən çox pərişandır. Amma nə etmək olar, hamımızın bir son mənzili var”.

Qeyd edək ki, “Dostlar” verilişi cümə günü 22:00-da, təkrarı isə şənbə günü 17:30-da yayımlanır. Verilişin informasiya dəstəkçisi Lent.az -dır.