436
15:57
11 İyun 2019

Aynur Dadaşova boşanma xəbərindən danışdı: "Küsülüyük..." - VİDEO

Bir müddət öncə boşanma xəbəri yayılan müğənni Aynur Dadaşova şəxsi həyatından danışıb.

Lent.az -ın məlumatına görə, ifaçı "Öz evimizdir" verilişində bildirib ki, həyat yoldaşından ayrılmayıb: "Hər şeydən vacib övladlarımdır. Həyat yoldaşımla boşanmamışam. Açıq danışmağı xoşlayıram. İnciklik var, amma ayrılmamışıq. Aramızda küsülülük var. Ayrılsam, etiraf edərəm. Ürəyimi yalan, aldatmaq qırır. Bacardığım qədər yalan danışmamağa üstünlük verirəm".