162
12:23
11 İyun 2019

Azərbaycan – Slovakiya: Bukmekerlər qonaqların qələbə qazanacağını proqnozlaşdırır

AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycan – Slovakiya oyununun favoriti açıqlanıb.
APA-nın məlumatına görə, bu gün IV tur çərçivəsində Bakıda keçiriləcək görüşdə qonaqlar şanslı hesab olunur.
Azərbaycanın qələbəsini 5,40 əmsalla qiymətləndirən bukmekerlər slovakiyalıların paytaxtımızda qalib gəlməsinə 1,80 əmsal veriblər. Qarşılaşmanın heç-heçə bitməsinin əmsalı isə 3,50-dir.
Qeyd edək ki, “Bakcell Arena”da baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq.