430
23:37
10 İyun 2019

ABŞ-da vertolyot göydələnə çırpılıb, pilot həlak olub - FOTO - VİDEO

ABŞ-ın Nyu York şəhərində vertolyot qəzası nəticəsində pilot həlak olub.
APA Rusiya KİV-ə istinadla xəbər verir ki, vertolyot 54 mərtəbəli Manhattan göydələninin damına dəyib. Nəticədə pilotu həlak olub.
Rəsmi məlumatlara görə, pilotdan başqa vertalyotda heç kəs olmayıb.
Qəzaya uğrayan vertolyot alovlansa da, yanğın hadisə yerinə - "yeddinci avenyu, 787" ünvanına gələn yanğınsöndürmə briqadası tərəfindən dərhal söndürülüb.
Qeyd edilib ki, bina, eləcə də oradakı sakinlərdən ciddi xəsarət alan olmayıb.