330
17:36
10 İyun 2019

Paşinyanı hədələyən partiya lideri saxlanıldı

Ermənistanın yeni yaradılmış “Adekvad” partiyasının lideri Artur Danielyan Yerevan polisi tərəfindən saxlanılıb.
APA “Armenpress”-ə istinadən xəbər verir ki, polis Artur Danielyanın saxlanılması və Yerevanın Mərkəzi Polis İdarəsinə aparılması faktını təsdiqləyib.
Ötən gün “Facebook”-da canlı yayım zamanı A.Danielyan Ermənistanın baş naziri Nikol Paşinyanı hədələyib. Həbsin bununa əlaqədar ola biləcəyinə dair fikirlər səslənidirilir.