523
17:16
10 İyun 2019

"Niyə özümdən razı olmayım ki?" - Məleykə Əsədova - VİDEO

“İnsan birinci özünü sevməlidir. Özümə arxayın olmasam, tərifləmərəm. Bu boyda möhtəşəm obrazlar oynamışam. Niyə özümdən razı olmayım ki?” Lent.az -ın məlumatına görə, bu sözləri xalq artisti Məleykə Əsədova “Pəncərə” verilişində deyib.

O bildirib ki, özündən razı olmasına səbəbləri var: ”Məleykə özündən danışmır, obrazlarından danışır. Mənə Allah bu istedadı verib. Aktrisa kimi özümdən 150 faiz razıyam və hörmət edirəm. Aktrisa üçün sərhəd olmamalıdır. Mükafatlarım var. Nə obraz veriblərsə, öhdəsindən artıqlaması ilə gəlmişəm. Mənim obrazlarımı əzbər tanıyırlar. Deyirlər ki, gənc aktrisadı, nə qədər istedadlıdır. Daha çox klassik əsərləri oynamışam. Tamaşalarımda məni dəfələrlə alqışlayırlar. Buna böyük istedad lazımdır. Bu istedad da Məleykə Əsədovadadır”.