404
10:50
09 İyun 2019

“Mən paxıl baldızam” - Xatirədən tənqidlərə cavab

“Mən çox pis insanam, gənclərin xoşbəxt olmağına imkan verməyən, hər an yanlarında, ortalarında olan paxıl baldızam”.
Bu sözləri müğənni Xatirə İslam deyib.
Sənətçi ötən gün toyları baş tutan qardaşı Tural və Zümrüdün yanında olduğuna görə tənqidlərlə rastlaşıb. İzləyicilər Xatirəni gəncləri tək qoymamaqda, rahat nəfəs almalarına imkan verməməkdə günahlandırıb.
Müğənni isə izləyicilərə belə cavab verib:
“Övladımı saatlarla kiməsə verib, onların yanında oluram ki, getdikləri yerlərdə hər şey qaydasında olsun, yüksək səviyyədə qarşılanıb, yola salınsınlar. Başa düşmürəm ki, bəylə gəlinin yanında bacısı dayanmalı deyilmi? Bu qədər zəhmət çəkirəm ki, aralarında başqa adam dayansın?”.
Qeyd edək ki, cütlüyün qız toyu baş tutub. Oğlan toyu isə 24 iyunda keçiriləcək.
(axşam.az)