2298
16:10
06 İyun 2019

Uşaq qaçıran qadının kimliyi məlum oldu - Zəhra ailəsinə verildi - FOTO - VİDEO - YENİLƏNİB

3 yaşlı Zəhra Bağırzadəni qaçıran qadının kimliyi məlum olub.
APA-nın əldə etdiyi məlumata görə, həmin şəxs Masallı rayon sakini Təzəgül Nəzərovadır.
O, Nizami rayonu ərazisində polis əməkdaşları tərəfindən Zəhra ilə birlikdə saxlanılıb.
Zəhra qadından alınaraq, ailəsinə verilib.
15:58
“Polis əməkdaşlarına və mediaya təşəkkür edirəm”.
Bunu 2 gündür itkin düşən və bu gün tapılan 3 yaşlı Zəhranın atası Rəsul Bağırzadə APA-ya açıqlamasında deyib.
Ata qızının tapılmasına zəhməti olanlardan halallıq istəyib: “Bayram günü Allah balamı mənə qaytardı. Qızımın tapılmasında kimin əziyyəti varsa, halal etsin. Azərbaycan polisinə yüz faiz güvənmək olar. Eləcə də, mətbuat işçiləri çox əziyyət çəkdilər”.
R.Bağırzadə Zəhranı polis əməkdaşlarının tapdığını deyib: "Çox güman ki, qaraçılar qaçırıb uşağı. Hazırda istintaq gedir. Nəticə barədə məlumat veriləcək”.
Uşağın anası Cəmilə Bağırzadə də hamıya təşəkkür edib: “Allah hamıdan razı olsun. Allahıma min şükürlər olsun ki, balam tapıldı”.