500
10:53
27 May 2019

Goranboyda 15 yaşlı oğlan hovuzda boğularaq öldü

Goranboy rayonunda bədbəxt hadisə baş verib.
ONA -nın yerli bürosunun verdiyi xəbərə görə, 15 yaşlı Valeh Allahverdiyev su hovuzunda çimərkən boğulub. V.Allahverdiyev təcilli xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.