490
10:51
27 May 2019

Gimnastlarımız Budapeştdə 6 medal qazanıb

Macarıstanın paytaxtı Budapeştdə idman gimnastikası üzrə beynəlxalq turnir keçirilib.
ONA -nın məlumatına görə, Azərbaycan millisi yarışda müxtəlif yaş kateqoriyalarında 6 medal qazanıb.
Komandamızın hesabına Rüstəm Əhməd 4 mükafat yazdırıb. Gimnastımız turnikdə gümüş (12,650 xal), halqalarda (12,400) və sərbəst hərəkətlərdə (12.300) bürünc medal qazanıb. Gənc idmançımız qızıl medalını isə 73,400 xalla çoxnövçülükdə əldə edib.
Turnirdə digər təmsilçimiz Mənsum Səfərov da dəstəli atda uğurlu çıxış nümayiş etdirib və 11,350 xal toplayaraq, bürünc medala yiyələnib. Yarışda daha bir mükafat qazanan gimnastımız Səməd Məmmədli olub. Turnikdə hərəkətlərinə görə hakimlərdən 12,650 xal alan Səməd, yarışların bürünc medalına sahiblənib.