659
10:42
27 May 2019

Bulaq başından 17 yaşlı qızı qaçıranların ACI AQİBƏTİ

Ağcabədidə 17 yaşlı qızı evlənmək məqsədilə qaçıran Müqəddəs Qəhrəmanov və onun dostları Təhmasib Həsənov, Rahib Həsənovun məhkəməsi yekunlaşıb.
Lent.az -ın məlumatına görə,Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmü iləM. Qəhrəmanov 10 il 3 ay, T. Həsənov və R. Həsənov 5 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Müqəddəs Qəhrəmanov həmkəndliləri Təhmasib Həsənov və Rahib Həsənovla əlbir olaraq 2002-ci il təvəllüdlü qızı evlənmək məqsədilə zorla qaçırılması barədə razılığa gəliblər.
Onlar kənddə yerləşən bulaqdan evlərinə su gətirən qıza yaxınlaşaraq onu zorla avtomobilə mindiriblər. Dostlar 17 yaşlı qızı oğurlayıb Ağcabədi şəhərinə aparıblar.
Qızın valideynlərinin məsələdən xəbərdar olmasından sonra hüquq-mühafizə orqanlarına məlumat verilib.
Əməliyyat tədbirləri nəticəsində qızın saxlandığı mənzil aşkarlanıb, Müqəddəs Qəhrəmanov saxlanılıb. Onun üzərində bıçaq və beşbarmaq tapılıb.
Daha sonra cinayətin digər iki iştirakçısı saxlanılıb.
Onlara Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) və 228-ci (soyuq silah saxlama) maddəsi ilə ittiham verilib.