510
09:53
27 May 2019

“Arsenal”ın Bakı hazırlığı başladı

“Arsenal” Bakı hazırlığına start verib İngiltərənin “Arsenal” klubu Avropa Liqasının Bakıda keçiriləcək final oyununa hazırlıqların sonuncu mərhələsinə start verib.

ONA -nın məlumatına görə, artıq ölkəmizdə olan Unai Emerinin yetirmələri mayın 29-dakı görüşə paytaxtda hazırlaşır. “Topçular” Bakıdakı ilk məşqini “Bakcell Arena” stadionunda gerçəkləşdirib.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Çelsi” – “Arsenal” matçı saat 23:00-da başlayacaq.