948
00:59
27 May 2019

Hacıqabulda naməlum avtomobil piyadanı vuraraq öldürüb

Hacıqabul rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA -nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunda, Hacıqabul rayonunun Atbulaq kəndində qeydə alınıb. Minik avtomobilinin vurduğu piyada - rayonun Qızılburun kənd sakini, 1972-ci il təvəllüdlü Nəzərov Zahid Niyətxan oğlu hadisə yerində keçinib.

Hadisə yerində Baş DYP İdarəsinin istintaqçıları araşdırma aparır.

Bildirilir ki, piyadanı avtomobillə vuran sürücü hadisə yerindən yayınıb. Hazırda polis həmin sürücünün müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış işləri aparır.