1395
18:14
26 May 2019

Nepalın paytaxtında partlayışlar: ölən və yaralılar var

Bu gün Nepalın paytaxtı Katmanduda iki partlayış törədilib.
ONA -nın məlumatına görə, bu barədə "Setopati" nəşri məlumat yayıb.
Partlayışlar nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb. Polis partlayış baş verən rayonu əhatəyə alıb, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.