1356
18:25
26 May 2019

İraqda üç fransız ölüm cəzasına məhkum edilib

Bu gün İraqda İŞİD terror qruplaşmasının üzvü olan üç fransız ölüm cəzasına məhkum edilib.
Bu barədə France-Press agentliyi Bağdaddakı məhkəmə mənbəyinə istinadla məlumat yayıb. Kevin Qono, Leonard Lopez və Səlim Maçu adlı bu şəxslər Suriyada İŞİD-ə qarşı əməliyyatların gedişində tutulmuşdular. Onlar daha 9 fransızla birlikdə fevral ayında İraqa göndərilmişdi.
Mühakimə olunanların məhkəmə hökmündən apelyasiya şikayəti vermək üçün 30 gün vaxtları var.
(AZƏRTAC)