1412
16:19
26 May 2019

Laricani İran parlamentinin sədri seçildi

Əli Laricani İran parlamentinin sədri seçilib.
Bu barədə İranın Xəbər televiziyası (IRINN) məlumat verib.
İran parlament sədrinin müəyyənləşməsi üçün keçirilən seçkilərdə Əli Laricani 155 səs toplayıb. Məhəmməd Rza Arif 105, Məhəmməd Cavad Əbtəhi isə 9 səs toplayıb.
Ümumilikdə səsvermədə 274 deputat iştirak edib.
İran parlamentində hər il parlament sədrinin müəyyənləşməsi üçün seçkilər keçirilir.
Əli Laricani 2008-ci ildən İran parlamentinin sədridir.
(Trend)