1351
04:22
26 May 2019

İcarəyə götürdüyü avtomobillə piyadanı vurub, sonra iki maşına çırpdı - FOTO - VİDEO

Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
ONA -nın xəbərinə görə, Vüsal Məmmədov icarəyə götürdüyü 90-EE-033 dövlət qeydiyyatı nişanlı "Kia" markalı avtomobillə 4-cü mikrorayon, M.C.Paşayev küçəsində yüksək sürətlə hərəkət edib.
Sürücü idarəetməni itirərək yolu keçən 1985-ci il təvəllüdlü Həsənova Əlvanə Şövkət qızını vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
Piyadanı vuran V.Məmmədov avtomobil ilə ərazidən qaçmaq istəyərkən yol kənarında hərəkətsiz vəziyyətdə dayanan iki nəqliyyat vasitəsinə çırpılıb.
Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Sürücü saxlanılıb.