1283
01:14
26 May 2019

Mingəçevirdə yol qəzası: sürücülərdən birinin qolu sındı

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
ONA -nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında Rəsul
Rza küçəsində qeydə alınıb.
Belə ki, “Mersedes” və “VAZ 2107” markalı minik avtomobilləri toqquşub.
Baş vermiş qəza nəticəsində “VAZ2107”-ın sürücüsü, 1987-ci il təvəllüdlü şəhər sakini Məmmədov Vüqar İlqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya
yerləşdirilib. Onun sol qolunun sındığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.