1705
17:31
25 May 2019

250 kisədə 10 min bibər kolu yetişdirdi - FOTO

Türkiyəli 44 yaşındakı elektrik mühəndisi Ergin İnal ölkəsində ilk dəfə olaraq kisələrin içində bibər yetişdirib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xaricdə kənd təsərrüfatı ilə bağlı məqalələr oxuyan, sənədli filmlər izləyən mühəndis gördüklərini Antalyanın Ağsu rayonunda tətbiq edib.

Bir sot torpaq sahəsində 250 kisə yerləşdirən mühədis həmin kisələrin içində 10 min bibər şitili əkməyə nail olub.

Çuvalın içini doldurub, çoxlu deşiklər açdıqdan sonra hər cuvala 40 kol şitil əkib.

Normalda 1000 kvadretmetr torpağa 2500 şitil əkmək mümkünkən, o eyni ərazidə 10 min kolu 250 kisəyə yerləşdirə bilib.

Mühəndis hər kisədən 350 kilo bibər toplamağı hədəflədiyini deyib.