1891
15:06
25 May 2019

Türkiyədə ana özünü və uşaqlarını binadan atdı - FOTO

İstanbulun Ataşəhər rayonunda 4 mərtəbəli binada baş verən yanğın zamanı bir qadın özünü və uşaqlarını bindan atıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın baş verən binanın ikinci mərtəbəsində yaşayan 35 yaşlı qadın 3 uşağını qonşularının aşağıda açdığı yataq örtüyünün üstünə atıb.

Özü də ikinci mərtəbədən aşağı tullanıb və nəticədə yaralanıb.

Qadın və uşaqları xəstəxanaya aparılıb.