1794
15:09
25 May 2019

Bu gün ikinci əhya gecəsi qeyd olunacaq

Bu gün Ramazan ayının 20-ci günüdür.

Lent.az Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi təqvimə istinadən xəbər verir ki, bu gecə ikinci əhya (Qədir gecəsi) gecəsidir.

"Heydər" məscidindən Lent.az -a bildirilib ki, ikinci əhya gecəsi münasibətilə bu gün saat 00:00-da məscidə tədbir keçiriləcək:

“Əhya gecələrinin müxtəlif tarixlərdə keçirilməsi ilə bağlı yaranmış mövcud fikir ayrılığını nəzərə alaraq, dörd gecə (25, 26, 27, 28) hər gün gecə saat on ikidə məsciddə tədbir olacaq”.