1470
13:17
25 May 2019

AzTV-dən növbəti ilk: xarici ekspertlər faktları açdılar... - Video

Mayın 24-də AzTV-nin "Əsas məsələ" verilişinin növbəti buraxılışında Elnar Məmmədlinin təqdimatında "Erməni yalanları əcnəbi tarixçilərin dili ilə" mövzusunda müzakirələr aparılıb.
Lent.az xəbər verir ki, verilişin qonaqları ABŞ-ın "Coastal Carolina" Universitetinin professoru, tarixçi-alim Kristofer Qan, "Yeni Türkiyə" SAM-ın Tarix İnstitutunun direktoru, professor Kamal Çiçək, Gürcüstanın Suxumi Universitetinin professoru Quram Marxuliya və Belarus Dövlət Universitetinin professoru Vyaçeslav Menkovski tarixi və tutarlı faktlarla sübut ediblər ki, bütün dünyanı öz uydurmaları ilə aldadan ermənilərin əsl məqsədi bu vasitələrlə beynəlxalq ictimaiyyəti çaşdırmaq və çirkin niyyətlərini ört-basdır etməkdir.
Olduqca maraqlı tarixi faktların əksini tapdığı və ənənəvi studiyadan deyil, Mərkəzi Elmi Kitabxanadan canlı olaraq yayımlanan verilişin videoyazısını təqdim edirik: