777
10:53
25 May 2019

Arvadını boğaraq öldürən kişinin cinayət işi məhkəməyə göndərildi

Qəsdən adam öldürməkdə təqsirləndirilən Müsəddiq Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
ONA xəbər verir ki, cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əfqan Hacıyevin icraatında araşdırılacaq.
Qeyd edək ki, hadisə ötən il oktyabrın 30-da paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi ev 2A ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, Yardımlı rayon sakini, 1961-ci il təvəllüdlü Müsəddiq Qüdrət oğlu Əliyev qısqanclıq zəminində arvadı, 1974-cü il təvəllüdlü Ofeliya İmanovanı iplə boğaraq öldürüb. Hadisəni törədən M.Əliyev tutulub.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.