881
04:07
25 May 2019

Bakının Xətai rayonunda piyadanı avtomobil vurub

Bakının Xətai rayonunda 31 yaşlı kişini avtomaşın vurub.

ONA xəbər verir ki, hadisə Məhəmməd Hadi küçəsi, Ukrayna dairəsində baş verib.

Minik avtomobili 1988-ci il təvəllüdlü Paşayev Elmin Hatəm oğlunu vurub.Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin və sol ayağın əziyi diaqnozu qoyulub. İlkin tibbi yardım göstərilən E.Paşayevinvəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.