1307
20:25
24 May 2019

Ermənilərin cəbhə xəttində törətdiyi yanğını yağış söndürüb

Ermənistan silahlı qüvvələrinin nəzarət etdikləri Azərbaycan torpaqlarında törətdikləri alovu yağmurlu hava söndürüb.

ONA -nın Qarabağ bürosunun xəbərinə görə, erməni hərbçilər havanın küləkli olmasını fürsət bilərək Şıxlar kəndi ərazisində yanğın törətməyə cəhd ediblər.

Alovun genişlənərək qoşunların qarşıdurma xəttini və Ağdamın cəbhəyanı yaşayış məntəqələrinikeçməsinin qarşısı isəyağışlı hava şəraiti nəticəsində alınıb.