1948
19:43
24 May 2019

Kafedə qətl: 55 yaşlı qadın bıçaqlandı - FOTO - YENİLƏNİB

Ağdamda kafedə bıçaqlanan qadın ölüb.
ONA -nın yerli bürosunun verdiyi xəbərə görə, Təzəgül Vəliyeva Bərdə rayon xəstəxanasında dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
***
Saat 17:22
Ağdamda kafedə bıçaqlanan qadının kimliyi məlum olub.
ONA -nın yerli bürosunun məlumatına görə, araşdırmalar nəticəsində kafedə bıçaqlanan qadının rayonun Yuxarı Yüzbaşılı kənd sakini, 1964-cü il təvəllüdlü Vəliyeva Təzəgül Sadıq qızı olduğu müəyyən edilib. Ona bıçaq xəsarətini 1969-cu il təvəllüdlü Quliyev Ayaz Kərim oğlu yetirib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
***
Saat 16:45
Ağdamda naməlum qadın bıçaqlanıb.
ONA -nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Əhmədağalı kəndində yerləşən “Balıqçılıq” kafesində qeydə alınıb. Naməlum şəraitdə bıçaqlanan və adı məlum olmayan qadın Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.